Xəbər verildiyi kimi, “Space” telekanalında yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovaya “fahişə” deyib. Müğənni isə qarşı tərəfi bu addımına görə məhkəməyə verəcəyilə hədələyib.
Bu olayın özü ölkə mediasında və ictimayyət arasında birmənalı qarşılanmayıb.
AzNews.az xəbər verir ki, tanınmış teleaparıcı Telli Pənahqızı da özünün Facebook səhifəsində efirdə səslənən bu fikirlərə münasibət bildirib.
O deyib ki, nə qədər ki, bu rəzalətin səbəbkarları cəzasız qalacaq, arvadlar əllərini kişilərin gözünə soxacaq:
“Space” kanalındakı biabırçılığı Facebook sosial şəbəkəsində 4 min adam bəyənib, 1500 nəfər də şərh yazıb. Bir milli qəhrəman və ya şəhid haqqında yazı yazırsan, onu 5-10 adam candərdi bəyənir. Bu rəzalətlərdən sonra “Mən azərbaycanlı olduğuma görə daha fəxr etmirəm!” – yazmaq istədim. İnanın mənə, bizim zövqümüzü, haqqımızı zorlayanlar nə qədər ki, cəzasız gəzəcək, biz bir-birimizə barmaq silkələyəcəyik”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.