Amerika Birləşmiş Ştatların birinci xanımı Mişel Obama Ağ Evdə foto qadağasının ləğv edildiyini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, prezident xanımı bu barədə instagram hesabında video paylaşıb.
“Böyük xəbər! Bu gündən etibarən biz Ağ Evdə ekskursiya zamanı bütün kamera, foto qadağalarına son qoyuruq. Ziyarətçilər Ağ Evdə şəkil çəkdirərək həmin xatirələri bütün ömrü boyu özlərində saxlaya biləcəklər”-deyə, Mişel bildirib.
Sözügedən videoda xanım Obama gülərək “Şəkil çəkdirmək olmaz!” yazılı plakatı ortadan cırıb: