Ermənistanın şimal-şərqində yerləşən hərbi hissələrdən birində zabit öldürülüb.
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Başından güllə yarası alan leytenant Mavrik Melikyan dünən gündüz saat 13:00 radələrində hərbi hissənin ərazisində aşkar edilib. Hospitala aparılan zabit yolda ölüb. Hadisə ilə bağlı istintaq aparılır.