“Şəhərdaxili sərnişin avtobuslarının kart sisteminə keçidi iyul ayından mərhələli şəkildə başlayacaq”.
Bunu virtualaz.org saytına açıqlamasında Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
N.Həsənov bildirdi ki, avtobusların kart sisteminə keçidi Avropa Oyunlarına görə təxirə salınmışdı: “Artıq oyunlar bitib, nəqliyyat sistemində də dəyişikliklər və təkmilləşmələr var. İyul ayından etibarən isə kart sisteminə keçid prosesi başlayacaq və proses mərhələ-mərhələ reallaşdırılacaq. Avropa Oyunları üçün gətirilən ekspress avtobuslar da xəttə buraxılacaq. Buna görə də bəzi dəyişikliklər olacaq. Xəttə 300 ədəd yeni avtobus buraxılacaq. Bir neçə gün ərzində dəqiq məlumatlar yayılacaq ki, konkret hansı dəyişikliklər var”.