Sosial şəbəkələrdə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamının xidməti avtomobilinin olduğu deyilən bahalı avtomobilin yola ilişib qalmasını əks etdirən video yayılıb. Avtosfer.az-ın məlumatına görə, Obamanın olduğu avtomobili müşaiyət edən mühafizə maşını yolu rahatlıqla keçsə də, prezidentin xidməti avtomobilinin altı yola ilişib və avtomobilin təkərləri göydə qaldığı üçün hərəkət etmək mümkün olmayıb. Əvvəlcə təşvişə düşən mühafizə xidməti sonra texniki problem yarandığını aydınlaşdıraraq maşından düşüb vəziyyəti düzültməyə çalışırlar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.