Məşhur rus müğənni Zemfira Tiflisdəki solo konserti zamanı maraqlı jest edib. Axar.az xəbər verir ki, Zemfira səhnədə mahnılardan birini ifa edərkən zaldakı tamaşaçılardan biri ona Ukrayna bayrağını təqdim edib.
O isə Ukrayna bayrağını əlinə alaraq, daha sonra mikrofonuna bağlayıb və mahnılarını ifa etməyə davam edib. Zemfiranın bu jesti konsertə gələn sevənlərinin də ürəyincə olub və alqışlarla qarşılanıb.