İngiltərənin “Tottenhem” klubunun ulduz futbolçusu Emmanuel Adebayor doğma ölkəsi Togodan şahidlik gətirərək müsəlman olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Adebayorun İslam dinini seçməsi “Tottenhem” tərəfdarlarında əks-səda doğurub.
Tərəfdarlardan bəziləri Adebayorun orucunu daha rahat tuta bilmək üçün başqa komandaya getmək istəyə biləcəyini iddia ediblər.
15 ildir formasını geydiyi Togo milli komandasında 63 qarşılaşmada 29 qol vuran Adebayor, “Mets”, “Monako”, “Arsenal”, “Manchester Siti” və “Real” Madrid klublarında oynayıb, 2012-ci ildə “Tottenhem”ə transfer olub. Ulduz futbolçu 2008-ci ildə ilin afrikalı futbolçusu seçilib.