İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun villasında baş vermiş qətlin yeni sensasion təfərrüatları məlum olub. Qətllə bağlı yayılmış ilk xəbərdə qeyd edilirdi ki, N.Məmmədovun qudası Ramiz Vəliyevi 1967-ci il təvəllüdlü Eynulla Hacıyev qısqanclıq zəminində öldürüb. E.Hacıyev hadisə yerindən qaçsa da, Qusar rayon polis əməkdaşları onu bir gün sonra həbs ediblər.
Musavat.com xəbər verir ki, qətlin bəzi təfərrüatları məlum olub. Belə ki, qatilin hədəfi məhz nazirin qardaşının villasında ötən ilin fevralında baş vermiş bir dəhşətli hadisə ilə əlaqələndirilir.