Polis araşdırmaya başladı.
Bakının Xətai rayonunda 20 yaşlı qadın ərindən polisə şikayət edib.
Oxu.Az xəbər verir ki, Xətai rayon polis idarəsindən Lent.az-a verilən məlumata görə, bu rayonun M.Hadi küçəsində yaşayan 1995-ci il təvəllüdlü Kişvər Quliyeva Masallı rayon polis şöbəsinə şikayət edərək bildirib ki, yaşadığı evdə əri, 1985-ci il təvəllüdlü Elnur Cabbarov tərəfindən döyülüb.
O, Masallı rayon Mərkəzi Xəstaxanasına müraciət edib.
Bu zaman məlum olub ki, 20 yaşlı qadının 6 həftəlik hamiləliyi pozulub.
Faktla bağlı polis ərizə üzrə araşdırma aparır.