Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Report-az xəbər verir ki, rayonun Aşağı Təngivan sakini 44 yaşlı Habil Şahan oğlu Əliyev onunla bir həyətdə yaşayan qardaşı Hümmət tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin versiyaya görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Qardaşına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.