41 milyon avroya İspaniyanın “Barselona” klubuna transfer olan türkiyəli futbolçu Arda Turan Azərbaycana təşəkkür edib.
Axar.az xəbər verir ki, bu barədə Arda Turanın rəsmi Feysbuk səhifəsində məlumat yerləşdirilib. “Futbol+” qəzetinin Arda ilə bağlı dərc etdiyi materiallar səhifədə paylaşılıb və qeyd olunub: “Arda Turanın transferinə diqqət göstərən Azərbaycan mediasına təşəkkürlər”. Qeyd edək ki, Arda Turan “Barselona” ilə 5 illik müqavilə imzalayıb.
http://s019.radikal.ru/i609/1507/c3/ae84d9ad4c22.jpg
http://s008.radikal.ru/i304/1507/81/7a6895df3dfa.jpg
http://s020.radikal.ru/i720/1507/01/2dc20bf8b64b.jpg