“Rusiya “İsgəndər-M” operativ-taktik raket sistemlərini Ermənistanda yerləşdirəcəyi təqdirdə bundan Gürcüstana qarşı istifadə edə bilər”.
Modern.az saytının xəbərinə görə bunu Ermənistan mətbuatına açıqlamasında gürcü hərbi ekspert Temur Çaçanidze deyib.
Onun fikrincə, Ermənistan “İsgəndər-M”lə təchiz olunacağı halda, bu raketlər birbaşa olaraq Rusiya zabitlərinin əmrləri ilə idarə olunacaq.
“Bu nəhəng sistemi ermənilər müstəqil şəkildə istifadə edə bilməyəcəklər. Rusiya asanlıqla bu reaketlərdən Gürcüstana qarşı istifadə edə biləcək. Gürcüstan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasına baxmayaraq, Rusiya heç zaman bizdən imtina etməyəcək. Moskva daim Gürcüstanın xarici siyasi kursunu dəyişdirmək üşün üsullar axtarır”,-deyə o şərh edib.
Qeyd edək ki, Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar kredit ayırıb. Bununla da Rusiyanın Ermənistana “İsgəndər-M” raketləri verəcəyi ehtimal edilir. Hələlik isə, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.