Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, (DQİDK) sədri Mübariz Qurbanlı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) sədri Səmyar Abdullayev, İranın və Türkiyənin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, din xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müqəddəs kitabın təqdimatından danışan DQİDK sədri M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb.
Komitə sədri Azərbaycanda görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Qurani Kərim kitabı ilk dəfədir ki, Brayl əlifbası ilə hazırlanıb. M. Qurbanlı deyib ki, Qurani-Kərimin Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edilib.