Almaniya kansleri Angela Merkel “Almaniyada Yaxşı Yaşam Üçün Vətəndaşlarla Dialoq” layihəsi şərçivəsində 14-17 yaş arasında olan şagirdlərlə bir araya gəlib. Gülümsəyərək sual verən fələstinli qız, Almaniya kanslerinin cavabı qarşısında göz yaşlarına boğulub.
Reem adlı fələstinli qaçqın qız Liviyaya sığınan ailə üzvlərini görmədiyini bildirib.
Almaniya kansleri isə Liviyaya sığınan qaçqınların hamısını ölkələrinə gətirmələrinin mümkün olmadığını qeyd edib: “Siyasətçilər bəzən çətin anlar yaşaya bilir. Sən gözəl qızsan. Amma bilməlisən ki, Liviyadakı qaçqın düşərgəsində minlərlə fələstinli var. Bu qədər qaçqının isə hər birinə Almaniyadasığınacaq vermək mümkün deyil.”
Balaca Reem kanslerin bu sözlərinə qarşılıq olaraq bildirib ki, hazırda ən böyük istəyi hər kəs kimi təhsil almaq və universitetə getməkdir.
Gözyaşlarını saxlaya bilməyən fələstinli qızcığaz, hər kəsə duyğu dolu anlar yaşadıb.