“Ayşən adlı xanım bizim partiyada mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmayıb”.
Bu fikri Hafta.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, partiyanın mətbuat xidmətinin rəhbəri analıq məzuniyyətindədir:
“Partiyamızın mətbuat xidmətinin rəhbəri analıq məzuniyyətindən qayıtdıqdan sonra, öz işinə davam edəcək. Bunun isə sentyabrın sonunda mümkün olacağı gözlənilir. İşə götürdüyümüz Ayşən xanım, mətbuat xidmətinin rəhbəri deyildi. Sadəcə olaraq, bu işi ona həvalə etmişdik. Söylənilmişdi ki, sən bir ay çalış, işin bəyənilsə partiyada başqa posta qoyulacaqsan. İndi o özünü mətbuat xidmətinin rəhbəri kimi təqdim edirsə, bu kökündən yanlışdır. Onun haqqında əmr verilməyib ki, sən mətbuat xidmətinin rəhbərisən. Sadəcə olaraq qeyd etdiyim kimi Ayşən xanıma bir aylıq sınaq müddəti verilmişdi”.
Millət vəkili bildirib ki, Ayşən Ayxan adlı şəxs Ana Vətən Partiyasında çalışdığı müddətin haqqını qəpiyinə qədər alıb:
“Həmin qızın heç ali savadı da yoxdur. Ancaq onu deyim ki, əli qələm tutandır. Gələcəkdə öz üzərində çalışarsa, hesab edirəm ki, jurnalist kimi inkişaf edə bilər. Lakin hazırda faktiki olaraq jurnalist deyildi. Ali savadı yoxdur. Hörmət etdiyim insanlardan biri məndən xahiş etmişdi ki, imkansız olduğu üçün onu işlə təmin edək. Mən də partiyamızda işə götürüb dedim ki, qızım buyur bir ay burda çalış. Sonra qərar verərik. Lakin o, Almaniyanın bayrağını Azəryancanın bayrağından üstün tutdu. Biz də bildirdik ki, sizinlə birlikdə işləyə bilmərik. Bu qədər”.