Ötən gün Türkiyəni yasa boğan terror hadisəsindən çəkilən bir şəkil günə damğasını vurub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bombanın hədəfi olan iki dostun əl-ələ tutarkən görüntüləndiyi səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən minlərcə dəfə paylaşılıb. Həmin foto yaşanan dramı bir daha göz önünə gətirib. Fotodakı iki gənc qızın yaşayıb yaşamadığı bağlı informasiya yoxdur.
Qeyd edək ki, ötən gün Türkiyənin Şanlıurfa bölgəsinin Suruç rayonunda baş verən terror hadisəsində 30 nəfər həlak olub, 100-dən çox yaralı var.