Türkiyənin Suruç rayonunda meydana gələn terror aktı zamanı sosial şəbəkədə istirahət etdiyi məkandan şəkil paylaşan məşhur aktrisa Nurgül Yeşilçay izləyicilərinin təzyiqinə məruz qalıb.
Medianews.az-ın məlumatına görə, fotonu ” oy oy oy ” şərhi ilə paylaşan məşhur aktrisa “Twitter” və “İnstagram” istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Təzyiqlərin artdığını görən aktrisa qısa zamanda şəkili silib.
Qeyd edək ki , dünən Şanlıurfa vilayətinin Suruç rayonunda Amara Mədəniyyət Mərkəzi qarşısında partlayış baş verib. Partlayışda ən azı 32 nəfər həyatını itirib, çox sayda adam yaralanıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.