Ukrayna təhlükəsizlik qüvvələri Donetsk vilayətində 9 azərbaycanlını saxlayıblar.Modern.az saytı xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Rodion Şovkoşitıy məlumat verib. Jurnalistin sözlərinə görə azərbaycanlılar separatçıların nəzarətində olan Donetsk şəhərinə qanunsuz ət apararkən yaxalanıb.
“25 maşın, 9 azərbaycanlı və 10 ton ət. Donetskdə həmyerliləri ilə görüşə gedərkən saxlanılıblar”.
Şovkoşitıyın sözlərinə görə, Ukrayna Cinayət Məcəlləsinin 332.1 “qaçaqmalçılıq” maddəsi ilə onları 6 il həbs gözləyir.
Jurnalistin sözlərinə görə, separatçılarla təmas xəttinin yaxınlığında aşkarlanan azərbaycanlılar öz yük maşınları ilə bütün gecəni təqibdən qurtulmağa çalışıblar.
Hadisə barasində ətraflı məlumatın yaxın vaxtlarda veriləcəyi gözlənilir.