Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.
Qurban Qurbanovun komandası Moneteqroda “Rudar”ın qonağı olub.
Ağdam təmsilçisi cütün favoriti sayılırdı. Bakıda keçirilən ilk oyunda qeydə alınan heç-heçə isə cavab matçına marağı artırırdı.
Komandamız Reynaldonun yeganə qolu ilə rəqibi üzərinə qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib.
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
23:45.”Rudar” (Pljevlya, Monteneqro) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol:Reynaldo, 57 (0:1)
İlk oyun – 0:0
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Petrovaç. “Pod Malım Brdom” stadionu
“Rudar”: Radanoviç, Djuriç, Nestoroviç, Jivkoviç, Yovanoviç, Knejeviç, Brnoviç, Vlahoviç (k), Vukoviç, İvanoviç
“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, (İlqar Qurbanov – 64), Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, (Cavid Tağıyev – 55) Coşqun Diniyev (Elvin Məmmədov – 79)