“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Space televiziyası ilə bağlı maraqlı fakt açıqlayıb.
Modern.az saytının məlumatına görə, V.Mürsəliyev jurnalistlərlə görüşüdə telekanala bu adın onun tərəfindən verildiyini bildirib.
“Sizə bir sir açmaq istəyirəm: Space telekanalının adını mən vermişəm”,-deyə o, qeyd edib.
V.Mürsəliyev 2015-ci il yanvar ayının 5-dən Azercell-in yeni prezident təyin edilib.
O, 2005-ci ildə Azercell-ə qoşulub. Vahid Mürsəliyev şirkət prezidentinin baş müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, müxtəlif rəhbər vəzifələri icra edib.
2000-2001-ci illərdə Vahid Mürsəliyev ABŞ-ın Case Western Reserve Universitetinin Korporativ İdarəetmə üzrə doktorluq dərəcəsini əldə edib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur. Həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.