Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanı döyərək işgəncələr verən sevgilisi həbs edilib.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, A.Mənsurovanın qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
http://s018.radikal.ru/i506/1507/59/8f580cd83900.jpg
http://s019.radikal.ru/i638/1507/32/bcdf586fd865.jpg
http://s016.radikal.ru/i334/1507/60/0c4e3e108021.jpg