Dünən Soçidə “qanuni oğru” Şalva Ozmanovun (Kuso) inzibati həbs müddəti başa çatıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 29 yaşlı Kusonun “kriminal general” Şakro ilə qohumluğuna görə az həbs çəkdiyi bildirilir.
Əldə olunan məlumata görə, Şalva Ozmanov Soçiyə Qela Kardaveyə məxsus “çirkli pul”lara görə gedib. Qelanın artıq “qanuni oğru” olmadığını bildirən Kuso bu pullara haqq iddia edib. Lakin, pulu ödəməli olan şəxs Qelanı hələ də “oğru” kimi bildiyini deyib və pulu ödəməkdən imtina edib. Baş verən qarşıdurmanın fonunda “səs-küydən” xəbər tutan polis Ozmanovu narkotik saxlamağa görə həbs edib.
Baş verən hadisəyə qanuni qiymət verilmədən işə soçili “qanuni oğru” Tenqiz Dumoev (Qoço) müdaxilə edib. Kusonun ödəmə qabiliyyətinin olması və Zaxariy Kalaşovla (Şakro) qan qohumluğu nəzərə alınaraq ona olan bütün ittihamlar qəfildən yoxa çıxıb.