Liviyanın keçmiş dövlət başçısı Muammər Qəddafinin oğlu Seyfulislam Qəddafi, keçmiş milli təhlükəsizlik naziri Abdullah əs-Sənusi və keçmiş baş nazir eski Başbakan əl-Bağdadi əl-Mahmudi haqqında edam cəzası verilib.
APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, adları çəkilən şəxslərlə yanaşı daha 7 nəfər “Qəddafinin devrildiyi 2011-ci ildəki üsyan zamanı etdikləri cinayətlərə görə” edam cəzasına məhkum edilib.
Qəddafinin oğlu haqqında hökm qiyabi verilib. Çünki Seyfulislam keçmiş üsyançı qrup tərəfindən Zintan bölgəsində saxlanılır.
Seyfulislam işlətdiyi ehtimal edilən cinayətlərə görə Beynəlxalq Cəza Məhkəməsi tərəfindən də axtarılırdı.