Çağırışçı gənc yazdığı şeirlə eşidənləri heyrətə gətirdi.
Ucarlı bir çağırışçı hərbi xidmətə getməyin sevinci ilə həm anasına, həm də vətənə şeir həsr edib.
Həmin şeiri ilk dəfə özünün hərbi xidmətə yola salınması münasibətilə təşkil olunan mərasimdə səsləndirib.Sosial şəbəkəyə yerləşdirilən bu görüntülər böyük rəğbətlə qarşılanıb. İndi eşidənləri heyrətə gətirən həmin şeiri və onu yazan çağırışçını sizlərə təqdim edirik.
Çağırışçı gənc yazdığı şeirlə eşidənləri heyrətə gətirdi.
Ucarın Quləbənd kənd sakini, 22 yaşlı Gərayxan Rüstəmovun uşaqlıqdan seir yazmağa böyük marağı olub. Torpağa, vətənə, sevgiyə və anaya aid bir neçə şeir yazıb. Sonuncusunu isə ali məktəbi bitirib hərbi xidmətə getməzdən öncə anasına həsr edib.
Şeiri ilk dəfə özünün hərbi xidmətə yola salınması üçün təşkil olunmuş mərasimdə səsləndirib.
Gərayxan Rüstəmov bu ilin oktaybr ayında hərbi xidmətə yola düşəcək. ||Xezer Tv