Qız ilə söhbətdən bir neçə saatdan sonra 20 yaşlı gənc öz tanışı ilə qayıdıb.
Volqoqradda “Qafqaz əsiri” filminin süjetini xatırladan hadisə baş verib. İki azərbaycanlı gənc 18 yaşlı qızı evlənmək məqsədilə qaçırdıblar.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, hər şey oğlanlardan birinin Traktorzavod küçəsində gənc bir qıza rast gəlməsindən sonra başlayıb.
Həmyerlimiz qızla tanış olub və onu sevdiyini bildirib.
Qız ilə söhbətdən bir neçə saatdan sonra isə 20 yaşlı oğlan öz tanışı ilə qayıdıb və qıza onu köhnə ənənələrə uyğun olaraq qaçıracağını bildirib. Gənc qız hadisələrin belə gözlənilməz dönüşünə hazır olmayıb.
Buna baxmayaraq oğlanlar onu maşına güclə oturdublar, lakin çox uzağa gedə bilməyiblər.
Qız köməyə çağırmağa başlayıb, və hadisənin şahidi olan yerli sakinlər polisə məlumat veriblər.
Polislər gəncləri Dubovsk rayonunda saxlayaraq bölməyə aparıblar.
İstintaq Komitəsindən bildirilib ki, əgər qız şikayət etsə, gənclər barəsində insan oğurluğu maddəsi ilə cinayət işi qaldırılacaq, və bu halda onları 12 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.