Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsusu mənzildən külli miqdarda pul oğurlanıb.
“Report” xəbər verir, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib.
Tariyel Qurbanova məxsus mənzilə daxil olan naməlum şəxslər oradan 36 min ABŞ dolları, 8 min manat pul və 5 min manat dəyərində qızıl oğurlayıb.
Cinayəti törədən şəxslərin axtarışları davam etdirilir.