Bakıda qadın sürücü ağır yol qəzası törədib.
Hadisə Xəzər rayonunda baş verib. Belə ki, 32 yaşlı Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçmək istəyən 4 piyadanı vurub.
Piyadalar – Rüfət Muradov, Səriqqə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməz Abdullayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.(report)