Ali məktəblərə qəbul imtahanlarından sonra abituriyentlərin intihar cəhdinin qarşısının alınması üçün psixoloq Dəyanət Rzayev yeni təkliflə çıxış edib.
O, AzNews.az-a açıqlamasında bildirib ki, ali məktəblərə qəbul imtahanları ləğv olunsa orada oxumaq istəyənlərin sayı yarıbayarı azalacaq və abituriyentlərin üzərindəki məsuliyyət götürüləcək.
Təklifi AzNews.az-a şərh edən təhsil eksperti Etibar Əliyev yeni sistemə keçid tipli təklifləri düzgün hesab etmir:
“10 minə yaxın abituriyent qəbul imtahanında iştirak edib. Sovet vaxtı da müvafiq bal toplaya bilməyən abituriyent çıxış yolunu intiharda görürdü. Psixoloqlar, xüsusi ilə psixoterapevtlər intihar edənlərin sağlamlıq durumu ilə bağlı rəy verməlidirlər. Anlaşılan məsələ deyil, necə yəni, kimsə imtahandan kəsilib və intihar edib? Sovet təhsilində 8 il ali məktəb imtahan verib kəsilənlər olub. O zaman da hər bir abituriyentlərdə bir fikir formalaşmışdı ki, həkim yaxud da müəllim olacaq. Bu intiharlar fərdi haldır. Mənə elə gəlir ki, bu məsələdə imtahan prosesini lənətləmək olmaz, yaxud da yeni sistemə keçid kimi təkliflər düzgün deyil”.
E.Əliyev Qərb təhsil sistemi ilə bağlı da fikirlərini bildirib: “Qərb sistemi elədir ki, şagirdlər ancaq orta məktəb qiymətləri əsasında ali məktəbdə daxil olurlar. Bu sistemi təkmilləşdirmək mürəkkəb məsələdir. Əlbəttə intihar halları baş verməməliydi, amma istisnlar hər zaman var. Oxuyub, yüksək bal toplayaydı”.