Ötən gün ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin “Apollon” klubunun qonağı olub.
Qol.Az-ın xəbərinə görə, qarşılaşma gərginliyi ilə yadda qalıb.
1:1 hesabı ilə başa çatan oyunun sonlarına yaxın “Antonis Papadopulos” stadionunda xoşagəlməz hadisələr yaşanıb.
Yerli azarkeşlər Azərbaycan bayrağını təhqir edib. Dövlət rəmzimizi parçalayan kiprli fanatlar bayrağımızı tribunadan asıblar.