VİP toyların mahir ifaçısına çevrilən tanınmış müğənni Qriqori Leps Moskvada azərbaycanlı cütlüyün toy şənliyində iştirak edən zaman əlindəki mikrofonu qəflətən yerə çıtpıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, buna səbəb mikrofonun işləməməsi olub.
Bir necə dəfə səsi gah çıxıb, gah batan mikrofon müğənnini sözün əsl mənasında hövsələdən çıxarıb. Toyun axırlarına yaxın bəylə gəlin həzin rəqs oynadıqları zaman müğənni var gücü ilə mikrofonu yerə çırpıb və əsəbi halda prodüserinə çevrilib “Yura, buna nəsə elə də” deyərək səhnəni tərk edib.
Qeyd edək ki, Leps Rusiyada ən çox qonorar alan müğənnilərin siyahısına rəhbərlik edir. Toy insidentsiz ötüşüb. Məşhur müğənninin bu hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Lepsin bu hərəkətini etik normaları pozma kimi dəyərləndirənlər də olub.