Rusiyanın ən zəngin, dünyanın isə ən varlı 9-cu adamı olan Oleq Deripaska Türkiyənin Bodrum kurort bölgəsində dincəlir.
Virtualaz.org saytı xəbər verir ki, Deripaska istirahət üçün özəl təyyarəsi ilə Bodrum hava limanına enib.
Daha sonra oradan şəxsi vertolyotu ilə havaya qalxaraq Bodrumda azərbaycanlı oliqarx Mübariz Mənsimovun yaxta limanında lövbər salmış iki yaxtasından birinə – 60 metr uzunluğundakı “Sputnik”in göyərtəsinə enib.
Bir müddət bu yaxtada istirahət edən oliqarx daha sonra 300 metr irəlidə lövbər salmış digər yaxtası – 75 metr uzunluğunda, 140 milyon dollar dəyərində olan “Queen K”-yə keçib. Orada istirahət edən ailə üzvləri ilə bir araya gəlib.
Rus oliqarxın üzərində vertolyot meydançası, sualtı qayıqları və xüsusi təyinatlı mühafizəçiləri olan yaxtaları Bodrumdakı turistlərin marağını cəlb edib.
Ancaq Deripaskanın mühafizəçiləri turistləri yaxtalara çox yaxınlaşmağa qoymayıb və onları sahildən uzaqlaşdırıb. Oliqarx daha sonra Bodrumun Zeytinkaya burnundakı beşulduzlu, delüks sinif otelin iki çimərliyindən birini bağlatdırıb. Çimərliyə bir nəfər də olsun kənar müştəri buraxılmayıb.
Deripaska əvvəlcə çimərlikdə təkbaşına üzüb, sonra motorlu qayıqla 30 dəqiqəyə yaxın dolaşıb. Deripaskanın arvadı və digər yaxınları isə özəl olaraq hazırlanmış lojada özlərini günə veriblər.
http://s020.radikal.ru/i710/1507/64/3b901c6188d6.jpg
http://s015.radikal.ru/i331/1507/8a/fdaf898ec6fb.jpg
http://i057.radikal.ru/1507/35/ee0577994bd5.jpg
http://s006.radikal.ru/i213/1507/76/466c09041944.jpg
http://s019.radikal.ru/i617/1507/19/7b8513581a70.jpg
http://s017.radikal.ru/i420/1507/9a/6758a145c0bf.jpg
http://s017.radikal.ru/i409/1507/89/64f8f2a2dab8.jpg