Türkiyənin Şilə bölgəsində dənizə girən vətəndaşlarla xilasedicilər arasında dava düşüb. AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb anidən yağan yağışdan sonra dənizdə yaranan böyük dalğaların yaratdığı təhlükə barədə xəbərdarlığın edilməsi olub.
Xilasedicilərlə vətəndaşlar arasında dava dənizdə batanlarla bağlı xəbərlərin verilməsinədək davam edib. Yalnız bundan sonra xilasedicilər onları dənizdən çıxmağa razı sala bilib.