İngiltərənin Hempşir qraflığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb, təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.
Kiçik həcmli “Phenom 300” mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Qəza nəticəsində ölənlərin “əl-Qaidə”nin mərhum lideri Üsamə bin Ladenin ailə üzvləri olduğu məlum olub.
APA-nın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, bu barədə bin Ladenin ailə dostları Amerikanın “NBC News” telekanalına deyiblər.
Onların sözlərinə görə, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.