Dağıstanın Buynaks rayonunun rəhbəri Daniyal Şıxsayidov həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.Hüquq mühafizə orqanları Dağıstanın Buynaks rayonunun rəhbəri Daniyal Şıxsayidovun evində axtarış aparırlar. Şıxsayidovun evi tam mühasirəyə alınıb və evə heç kim buraxılmır.
Mətbuatına məlumatına görə, Şıxsayidov fırıldaqçılıqda günahlandırılır.
Qeyd edək ki, bundan öncə Dağıstan Qızılyar rayonunun rəhbəri də həbs edilmişdi. Ekspertlərin fikrincə bütün bu həbslərin arxasında məhz Dağıstan Prezidenti Ramazan Abdullatipov dayanır.