İnternetdə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Turin Olimpiadasının buz üstə rəqs idman növü üzrə çempionu Tatyana Navka ilə toy mərasimindən ilk kadrlar dərc edilib.
Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 9 saniyəlik videoçarxda Peskovun Navka ilə öpüşməsi əks olunub.
Qeyd edək ki, cütlüyün toyu bu gün Soçidəki “Rodina Grand Hotel & SPA”da keçirilib. Toy mərasimində onlarla siyasətçi, məmur, idmançı və mədəniyyət xadimləri iştirak edib. Məlumata görə, 47 yaşlı Dmitri Peskov 3-cü, 40 yaşlı Tatyana Navka isə 2-ci dəfə ailə qurur. Peskovun əvvəlki nikahlardan üç, Navkanın bir övladı var.