Braziliyalı Bet Korreya məğlub olub.
Absolyut Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu Ronda Rouzi öz titulunu qoruyub.
Oxu.Az xəbər verir ki, Rio-de-Janeyroda keçirilən UFC 190 şousunun əsas döyüşündə, braziliyalı Bet Korreya üzərində qələbə çalmaq üçün ona cəmi 34 saniyə vaxt lazım olub.
Rouzi rəqibini tora dirəyərək növbə ilə əl və ayaq zərbələri endirib, sonuncu zərbə namizədin nokautu ilə nəticələnib. Amerikalı çempion qələbəsini mərhum restler Roddi Payperə həsr edib.
Bu ilin fevralında keçirilən döyüşünü, Rouzi 14 saniyəyə, ondan əvvəlki döyüşünü isə 16 saniyəyə qələbə ilə bitirmişdi.
28 yaşlı idmançının hesabında 12 döyüşdən 12 qələbə var. O, UFC çempion kəmərinə 2012-ci ildən sahibdir. Rouzi Olimpiya oyunları 2008-in 70 kq çəki kateqoriyasında cüdo üzrə ilk amerikalı mükafatçısıdır. O, həmçinin “Qarşısıalınmaz 3” və “Forsaj 7” filmlərində kiçik rollarda oynayıb.