Avqustun 1-də üçüncü dəfə evlənən Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun 17 yaşlı qızı Yelizaveta Fransadakı anasının yanına getmək istəyir.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qız deyir ki, atasının məşhur olması ilə bağlı mətbuatdakı müzakirələr onu cana yığıb: “Mən özüm qəbul olmuşam və hazırda Moskva Dövlət Universitetinin ikinci kursunda oxuyuram. Əgər həqiqəti bilmək istəyirsinizsə, universiteti atıb Fransaya getmək istəyirəm. Anam Parisdə yaşayır. Orada marketinq və biznes institutunda oxuyacağam”.
Qız etiraf edir ki, atası getməsinin əleyhinədir, ancaq Lizanın şüurlu həyatının böyük hissəsi Parislə bağlıdır – anası və yaxın dostları oradadırlar.
Digər tərəfdən, o, etiraf edir ki, Avropa mentaliteti ona daha yaxındır. Atasının vəzifəsi onun üçün geniş imkanlar versə də, Lİzanı Rusiya cəlb etmir: “Avropalı həmyaşıdlarımın mentaliteti, onların həyata baxışları çox xoşuma gəlir. Mən özümü avropalılar arasında daha yaxşı hiss edirəm. Əgər gedəcəyəmsə, bu o demək deyil ki, Rusiyanı sevmirəm”.
Yelizaveta deyir ki, atası ilə çox yaxın olsa da, siyasətlə bağlı baxışları üst-üstə düşmür: “Mən atamla siyasətlə bağlı müzakirə aparmağa cəhd etmirəm. Mən, ümumiyyətlə, siyasəti sevmirəm.
Ancaq bizim baxışlarımız fərqlidir. Mən bu haqda danışmaq istəmirəm, əgər mən 60-cı illərdə yaşasaydım, onda hippi olardı. İstəyirəm ki, gələcək ixtisasım azad həyat tərzi ilə bağlı olsun. Mən dəqiq bilirəm ki, həyatım heç vaxt siyasətlə bağlı olmayacaq”.