“May ayından bu günə qədər 57 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib”.
AzNews.az xəbər verir ki, bu məlumatı modern.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev verib. O, qeyd edib ki, müraciət edənlərdən 19-u xəstəxanaya yerləşdirilib:
“Günvurma halları ilə bağlı əsasən orta yaşlı şəxslər müraciət edirlər. Onların arasında qadınlar və kişilərin sayı təxminən eynidir”.
Oqtay Şahmalıyev günvurma hallarının təkcə günəş şuaları altında baş vermədiyini də vurğulayıb:
“Günvurma o demək deyil ki, mütləq günəş şuaları altında olsun. Bu, daha çox isti havalarda işlək şəraitdə də baş verir. Maye çatışmazlığı olur, insan yetərincə su işməyəndə, fiziki iş görəndə belə hallar yaranır”.