Şirkət hoverbordun sınaqlarını nümayiş etdirib.
Lexus maqnit levitasiya əsasında yaradılan hoverbordun (uçan lövhənin) videosunu yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Toyota şirkəti məlumat yayıb.
Amazing in Motion layihəsi çərçivəsində şirkət skeytbordçu Ross McGouran uçan lövhə ilə nümayiş etdirdiyi hərəkətlərin videosunu yayıb.
Lövhə maqnit levitasiyası sayəsində işləyir. Videoda lövhədən buxar çıxdığı görünür.
Maqnit levitasiyasını yaratmaq üçün dillemanı həll etmək lazımdır. Lövhəni qaldırmaq üçün yüksək ötürücü maqnit sahəsinə yerləşdirilməlidir. Ötürücünün insanın çəkisinə tab gətirməsi üçün maqnit sahəsinin gərginliyi yüksək olmalıdır. Lexus ixtiranın təfərrüatlarını gələcəkdə açıqlamağı vəd edir.
Hoverbord mövzusu son illər məşhur olub. Bunu “Geriyə gələcəyə” filminin ikinci hissəsindəki hadisələrin 2015-ci ildə baş verdiyi ilə izah etmək olar. Texniki inkişaf kompakt nasoslar vasitəsilə hoverbordlar yaratmağa imkan verdi, amma onlar zəriflikdə fantastik trillerdə göstərilən hoverbordlardan çox uzaqdırlar.