İspan polisi İŞİD simvolları əks olunan geyim əşyaları hazırlayan kişini həbs edib.
Avropa.info xəbər verir ki, onu “İslam dövləti”nin ideologiyasını təbliğ etməkdə günahlandırırlar. La-Korunya şəhərindən həbs olunan kişi sosial şəbəkələrdə İŞİD-çilərin zorakılığını təbliğ etməkdə, habelə onların simvolları əks olunan mallar satan onlayn-maqazin açmaqda ittiham olunur.
Üzərində İŞİD-in simvolları olan geyim və suvenirlər İspaniya və Portuqaliyada satılırmış.
Həbs olunan şəxsin fotoları arasında edam olunmuş britaniyalı Alan Heninqin də fotosu varmış. İŞİD təbliğatında pul qazanan kişi edam səhnəsini sviter və futbolkaların üzərinə həkk edib adamlara 18 dollardan satırmış.
http://s017.radikal.ru/i410/1508/2d/b0b314483e61.jpg
http://s013.radikal.ru/i325/1508/cf/9d8e174a24d9.jpg