Belarus prezidenti Aleksandr Lukaşenko kiçik oğlu ilə birlikdə avqustun 16-da özünün rəsmi “Drozdı” rezidensiyasının ərazisində kartof yığımı ilə məşğul olub. Modern.az-ın xarici KİV-ə istinadən bildirir ki, bu haqda dövlət başçısının mətbuat katibi Natalya Eysmont məlumat verib: “Aleksandr Lukaşenko ilk dəfə kiçik oğlu ilə kartof yığıb. 18 sotluq sahədə məhsulun toplanması saat yarıma başa çatıb. Nəticədə 70 kisə kartof yığılıb”.
Həmin gün yığılan məhsulun hamısı uşaq və qocalar evlərinə verilib. Məlumatda qeyd edilir ki, həmin gün prezident rezidensiyasının ərazisində yemiş və qarpız da yığılıb.