Türkiyə növbəti dəfə İŞİD terror qruplaşmasına dəstək verməklə ittiham edilib.
Publika.az xəbər verir ki, İraqın keçmiş prezident köməkçisi Nuri Əl-Maliki Tehranda Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandırıb.
“Türkiyə İŞİD və “Əl-Qaidə”ni dəstəkləyən ölkələrdən biridir. Əgər Türkiyə və Səudiyyə Ərəbistanı olmasaydı, Suriyada vəziyyət belə olmayacaqdı”, – Maliki deyib.
O, Türkiyə rəhbərliyi və prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD-in bölgədə yayılmasına dəstək verdiyini iddia edib.