Bakıda intihara cəhd olub.
Səbayel Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Hüseynov Ayaz Fikrət oğlu üzərinə benzin tökərək özünə od vurub. O, hadisə yerində olan şəxslərin köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Səbayel Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (APA).