İspaniyanın İbiza adasında dünyanın ən bahalı Sublimotion restoranı açılıb.
FaktXəbər-in verdiyi məlumata görə, orada şam yeməyinin qiyməti təxminən 1500 evro təşkil edir. Bu məbləği ödəyib restorana gələnləri əsl tamaşa gözləyir. Restoran ən son texnologiya və yüksək mətbəxi özündə birləşdirir.
Yeməklər müxtəlif musiqi kompozisiyaları, video və işıq effektlərinin müşayiəti ilə verilir.
Müəssisədə 12 nəfər üçün hesablanmış cəmi bir masa mövcuddur. Həmin masaya 25 nəfər xidmət göstərir.