Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Dövlət Fiskal Xidmətinin fəaliyyətini tənqid edib.
APA-nın verdiyi məlumata görə, M. Saakaşvili İliçevsk dəniz limanına işgüzar səfər edib. O, Fiskal Xidmətin gömrüklərdə islahat apara bilmədiyini söyləyib:
“Bu adam gəldi, Roman Nəsirov. Kameralar qarşısında bildirdi ki, dəyişikliyə nail olacaq. Heç nə dəyişməyib. Hər şey əvvəlkindən pisdir. Yanukoviçin dövründəkindən də pisdir. Mən bu gömrükdə keşik çəkəcəyəm, mən onları, bu korrupsiyalaşmış və çürümüş strukturu insanlardan əl çəkməyə məcbur edəcəyəm”.
M. Saakaşvili sahibkarların şikayəti əsasında limana gəldiyini söyləyib. Belə ki, iş adamları yüklərin heç bir səbəb göstərilmədən gömrükdə ləngildildiyini deyiblər.
Qeyd edək ki, Dövlət Fiskal Xidmətinin rəhbəri təyin olunmuş R. Nəsirovun atası azərbaycanlıdır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.