Hökuməti qurmaq üçün 45 günlük müddət avqustun 23-də başa çatdı.
AzNews.az modern.az-a istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə Türkiyəni seçkiyə prezident aparacaq. Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmet Yılmazı qəbul edəcək Rəcəb Tayyib Ərdoğanın seçki qərarı alması gözlənilir.
Təkrar seçkinin isə noyabrın 1-də keçirilməsi nəzərdə tutulur. Ərdoğan 63-cü hökuməti qurmaq üçün Ədalət və İnkişaf Partiyasının sədri və Konyadan millət vəkili seçilən Əhməd Davutoğluna iyulun 9-da səlahiyyət vermişdi. Davutoğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə keçirdiyi görüşlərdən koalisiya hökuməti alınmadı. Müddətin başa çatmasına 5 gün qalanda Davutoğlu səlahiyyəti Ərdoğana qaytardı.
Ərdoğan CHP-MHP-HDP koalisiyasına MHP-nin qarşı çıxması, buna görə CHP-nin hökumət qurma ehtimalı olması və CHP-nin lideri Kamal Kılıçdaroğlunun mövqeyinə yönəlik tənqidləri səbəbi ilə CHP liderinə səlahiyyət vermədi. Hökumət qurma müddətinin müsbət nəticələnməməsi səbəbindən tək variant olaraq prezidentin konstitusiyadakı səlahiyyətindən istifadə edərək Türkiyəni seçkiyə aparması qaldı. Ərdoğanın heç vaxt itirmədən bu gün bu səlahiyyətini istifadə edəcəyi bildirilir.
Bu gün yerli vaxtla saat 17:15-də TBMM-in spikeri İsmet Yılmazı qəbul edəcək Ərdoğanın görüşün ardından seçki qərarını alması gözlənilir. Ərdoğanın bu qərarı almasının ardından, seçki hökuməti üçün işlər sürətlənəcək. Ərdoğanın qərarı Nazirlər Kabineti tərəfindən 48 saat içində elan ediləcək. Yenidən seçki keçirilməsi qərarı rəsmi qəzetdə çap olunacaq. Ərdoğan, keçici Nazirlər Kabinetini qurmaq üzrə TBMM-də təmsil olunan bir nəfəri baş nazir olaraq təyin edəcək. Bu şəxsin yenə Davutoğlu olacağı istisna deyil.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.