Azərbaycan paytaxtı Bakı şəhərində 13 yaşlı qız qaçırılıb.
APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü H.H. naməlum şəxs tərəfindən “VAZ-2107” markalı avtomobillə qaçırılıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası Ə.H. məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.
Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.