Tayvanın paytaxtı Taipeidə sənət əsərlərinin qalereyasında 12 yaşlı uşaq təsadüfən 1,5 milyon dollarlıq əsərin üzərinə yıxılıb və onun üstündə yumruq boyda deşik açıb. Bütün bunlar müşahidə kamerasında qeydə alınıb.
FaktXəbər-in verdiyi məlumata görə, kadrlardan görünür ki, əlində sərinləşdirici içki olan uşaq tarazlığın itirdikdən sonra əli ilə şəkildən dəstək almağa çalışır. Paulo Porporanın 350 illik «Çiçəklər» əsərində milyon dollarlıq dəlik açdıqdan sonra uşaq özünü itirmiş halda ətrafına baxır və oradan uzaqlaşır.