Hazırda “Qarabağ”la “Yanq Boyz”un baş məşqçiləri mətbuat konfransı keçirir.
“Qafqazinfo”nun mətbuat konfransında iştirak edən əməkdaşının verdiyi məlumata görə, komandamızın baş məşqçisi Qurban Qurbanov mərhələni keçəcəklərini indandıqlarını bildirib:
“Çalışmalıyıq ki, öz şanslarınızdan istifadә edәk. Baxmayaraq ki, sәfәrdә yaxşı nәticә qazanmışıq, rәqib çәtin komandadır. Onların hücum xәtti güclüdür. Yaxşı oyunçular var. Hәr bir futbolçusu bizim üçün tәhlükәdir. Bütün bunları düşünmüşük. Çalışacağlq ki, hәr bir xәttә inamlı oynayaq. İnanıram ki, mәrhәlә adlayacağıq. Fikrimcә, bizi maraqlı oyun gözlәyir.
“Komandanın sәfәrdәn qәlәbә ilә qayıtması eyforiya yarada bilәr. Buna qarşı nә tәdbir görmüsüz?” sualına baş məşqçi belә cavan verib: “İnanmıramki, futbolçularım eyforiyaya qapılsın. Çünki bu qrupa düşmәk üçün son şansdır.Sәfәrdәki qәlәbә hәr kәsdә ümid yaradıb. Azarkeşlәr vә jurnalistlәr daha çox arxayındır, nәinki komanda. Hamımız bu oyunda qәlәbә istәyirik. Biz hәr kәsi sevindirmək istәyirik. Avropa Liqasında irәli germәk hәr birimiz üçün tәcrübәdir. Bundan istifadә etmәk lazımdır”.
Qurbanov stadionun hazırkı durumu ilə bağlı sualı da cavablandırıb: “Bu gün stadion haqqında düşünmәsәk, yaxşı olar. Amma ot örtüyü elә dә yaxşı deyil. Ola bilәr ki, sabah stadionda baxımlı oyun olmasın. Stadionu hamınız görmüsüz”.
Baş məşqçi “Qarabağ”ın bu mövsüm Avropa Liqasında az qol vurması haqqında da danışıb: “Bәzi oyunlarda 1 qol da, qol vurmasan da, kifayәt edir. Әsas odur ki, nәticә bizim tәrәfimizdә olsun. Düzdür, futbolun gözәlliyi qoldur. Biz qol vurmağa çalışırıq, amma müdafiəni də unutmamamalıyıq. Müdafiә xәttini daha da güclәndirmәk lazımdır.
“Qarabağ” stadionun vәziyyәtinә görә başqa taktika seçәcәkmi” sualına mütәxәssis belә cavab verib: “Sabah Әl Harbi oynamayacaq. Zәdәsi var”.
***
Qurbanov sabah әlavә vaxt vә penalti olacağı tәqdirdә komandanın hazır olub-olmaması barәdә bunları deyib: “Ümid edәk ki, әlavә vaxt olmayacaq. Hamının qeyd etdiyi kimi, penaltilәr lotoreyadır. Bu mövzuda futbolçulara yüklәnmirәm. Oyuna 2-3 gün qalmış mәn futbolçularımla bunu mәşq etmirik. Çünki bu onlarda psixoloji gәrginlik yarada bilәr. Amma ay әrzindә olur ki, biz mәşqlәrdә bunu edirik. İkitәrәfli oyunlarda bunu edirik. Amma 2-3 gün qalmış bu barәdә ciddi bir mәşq olmur “.