Millət vəkili Qənirə Paşayeva “Kia Motors Az” MMC ilə “Parabank”ın 40 milyonluq cinayəti, bir nəfərin müəmmalı şəkildə öldürülməsi, birinin isə həbsiylə bağlı uzun müddətdir ki, ictimai müzakirə obyekti olan olayla bağlı baş prokuror Zakir Qaralova müraciət edib.
AzNews.az verir ki, deputat həbs olunan Ülvi Kazımovun valideynlərinin ona ünvanlanan müraciətlərində kifayət qədər əsaslı faktların olduğunu nəzərə alaraq, baş prokurordan işi nəzarətə götürməsini xahiş edib.
Xatırladaq ki, “Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyona yaxın pulu “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxılıb.
Bir neçə il davam edən bu proses pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub. Belə ki, “Kia Motors” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar edib.
Bundan sonra məsələ ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları bankdakı qanun pozuntularının təftişinə başlayıb.
Şübhəli şəxs qismində isə 2012-ci ilə kimi bankın sözügedən filialında xəzinədar işləmiş Kazımov Ülvi Elçin oğlu saxlanılıb. Məsələ ictimailəşəndən sonra isə sözügedən şəxs 2 ay müddətinə zaminə buraxılıb.
Məlumat üçün bildirək ki, “Parabank”ın Nəsimi filialının faktiki rəhbəri “Kia Motors” MMC-nin rəhbəri Səxavət Səfərovun oğlu Əşrəf Səfərovdur. Pulların yoxa çıxdığı vaxt isə banka Bəhruz Mirzəyev adlı şəxs rəhbərlik edib.
Səxavət Səfərov
Əşrəf Səfərov
Bəhruz Mirzəyev
Ülvi Kazımov
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.